Bütün binalarda tək-tək sığınacaq tikiləcək - Bu ölkədə şok

Bütün binalarda tək-tək sığınacaq tikiləcək - Bu ölkədə şok Dünya

İspaniya hökuməti güclü isti dalğalarına qarşı yeni tədbirlər çərçivəsində binalarda ayrı-ayrı “iqlim sığınacaqları” qurulacağını açıqlayıb.

News24.az xəbər verir ki, bu təşəbbüs ölkəni son illərdə daha tez-tez təsir edən sərt isti dalğalarına qarşı vətəndaşları qorumaq məqsədi daşıyır.

İspaniya Baş naziri Pedro Sanchez bildirib ki, iyun-avqust aylarında müşahidə olunan rekord isti hava artıq “yeni normal” halına gəlib. Bu səbəbdən hökumət ölkə üzrə şəbəkə şəklində sığınacaqlar yaradacaq və bu mərkəzlər geniş ictimaiyyətin istifadəsinə açıq olacaq.

Sığınacaqlarda xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar və isti şəraitdə risk altında olan digər qruplar üçün sərin və təhlükəsiz məkanlar təmin olunacaq.