Milyardlarla vəsait xərclənən paytaxt boş qaldı
Dünya
İndoneziyanın Borneo adasında inşa edilən yeni paytaxt Nusantara üçün 26,2 milyard funt-sterlinqdən çox vəsait xərclənib.
News24.az xəbər verir ki, layihə Jakartanı paytaxt statusunda əvəzləmək məqsədilə başlanıb. Şəhərin ilkin mərhələsinin 2028-ci ildə tamamlanması, uzunmüddətli perspektivdə isə 2045-ci ilə qədər Nyu-Yorkdan iki dəfə böyük bir şəhərə çevrilməsi planlaşdırılırdı.
“Sıfır karbon emissiyası” konsepsiyası əsasında dizayn edilən Nusantarada enerji və nəqliyyat sistemlərinin əsasən günəş enerjisinə söykənməsi nəzərdə tutulur. Lakin hazırda şəhərdə təxminən 2 min dövlət qulluqçusu və 8 min tikinti işçisi yaşayır ki, bu da beynəlxalq standartlara cavab verən paytaxtdan daha çox “boş şəhər” təəssüratı yaradır.
Layihə ictimaiyyət arasında “ruh şəhər” kimi tənqid edilir. Bu səbəbdən dövlət büdcəsindən layihəyə ayrılan vəsaitlərin həcminin azaldıldığı bildirilir.