Ucarda 9 yaşlı uşağın ölümü ilə nəticələnən qəza baş verdi
    • 23-04-2023, 10:43
    • 626

Ucarda 9 yaşlı uşağın ölümü ilə nəticələnən qəza baş verdi

Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.