Bərdədə qəzada sürücü həlak oldu
    • 17-05-2022, 22:15
    • 425

Bərdədə qəzada sürücü həlak oldu

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.

09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır./Apa.az/