Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü xəstəxanada ölüb
    • 24-04-2023, 19:30
    • 282

Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü xəstəxanada ölüb

Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə rayonun Ağayrı kəndində baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Dadaş Bəhlul oğlu Əsgərzadə idarə etdiyi motosikleti ağaca çırpıb. Xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, o, Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır./APA/