Maşın ağaca çırpıldı, sərnişinlərdən biri xəstəxanada öldü
    • 3-07-2021, 15:01
    • 581

Maşın ağaca çırpıldı, sərnişinlərdən biri xəstəxanada öldü

Şəmkirdə avtomobil ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyulun 2-də saat 8 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Tovuz rayon sakini Z.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəsarət almış sərnişinlərindən Kamal Sarıyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.