Yataqxanadakı yanğın zamanı sakinlər təxliyə edildi
    • 24-04-2023, 22:18
    • 207

Yataqxanadakı yanğın zamanı sakinlər təxliyə edildi

Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın zamanı sakinlər təxliyə edilib.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğın binanın 4 və 5-ci mərtəbələrində qeydə alınıb.