Beşmərtəbəli yaşayış binasında yanğın - sakinlər təxliyə olundu
    • 29-01-2020, 09:26
    • 867

Beşmərtəbəli yaşayış binasında yanğın - sakinlər təxliyə olundu

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.