Bakıda yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ
    • 29-04-2021, 09:32
    • 376

Bakıda yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

Bakının Binəqədi rayonunda yanğın olub.

News24.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.

Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.