Sudanda 72 saatlıq atəşkəs
    • 25-04-2023, 07:46
    • 135

Sudanda 72 saatlıq atəşkəs

Sudanda 72 saatlıq atəşkəs üçün razılıq əldə olunub.

News24.az xəbər verir ki, atəşkəs ABŞ-ın vasitəçiliyi ilə mümkün olub. 

Razılaşma barədə ABŞ dövlət katibi Blinken açıqlama edib. Blinken münaqişələrin sona çatması üçün çalışmağa davam edəcəklərini bildirib: “Son 48 saat ərzində aparılan gərgin danışıqlardan sonra Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri aprelin 24-ü gecə yarısı başlayacaq və 72 saat davam edəcək ölkədaxili atəşkəsin tətbiqi ilə bağlı razılığa gəliblər”. /NTV Türkiye/