Sudanda toqquşmalarda 180-dən çox insan ölüb
    • 17-04-2023, 22:52
    • 349

Sudanda toqquşmalarda 180-dən çox insan ölüb

Sudanda toqquşmalar başlayandan indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb.

News24.az xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes deyib.

Qeyd edək ki, daha öncə ölkənin həmkarlar ittifaqı 97 nəfərin öldüyünü, 365 nəfərin yaralandığını açıqlayıb.

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.