Qırğızıstan və Tacikistan arasında növbəti atəşkəs razılaşması
    • 1-05-2021, 17:57
    • 378

Qırğızıstan və Tacikistan arasında növbəti atəşkəs razılaşması

Qırğızıstan və Tacikistan növbəti dəfə atəşkəslə bağlı razılığa gəliblər. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Kamçıbek Taşıyev açıqlama edib.

O bildirib ki, hər iki ölkənin xalqı gərgindir və narahatlıq keçirir: " Bu hər iki ölkə üçün faciə idi. Qərara gəldik ki, tam atəşkəs elan olunsun və silahlı birləşmələr əvvəlki mövqelərinə qaytarılsın”.