-
- 25-04-2023, 14:27
- 296
"Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır" - İlham Əliyev
Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır.
News24.az apa-ya istinadən xəbər verir ki,bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, bu gün Sofiyada imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək: “Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək . Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var”.