Laçın yolunda TARİXİ LÖVHƏ: Azərbaycana daxil olursunuz!
    • 25-04-2023, 14:53
    • 650

Laçın yolunda TARİXİ LÖVHƏ: Azərbaycana daxil olursunuz!

Azərbaycanla Ermənistan sərhədində - Laçın dəhlizinin girişində yaradılan sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılıb.

News24.az xəbər verir ki, lövhədə sərhədi keçən şəxslərin Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olması qeyd edilib.

Lövhədəki məlumat Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də əks olunub.