Lətifə bahalı qarderobunu nümayiş etdirdi - Video
    • 25-04-2023, 15:10
    • 403

Lətifə bahalı qarderobunu nümayiş etdirdi - Video

Müğənni Lətifə Soyuöz bahalı qarderobunu nümayiş etdirib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi evdən çıxarkən istifadə etdiyi aksessuarları izləyiciləri ilə bölüşüb.

Lətifənin geyindiyi "Louis Vuitton" brendinə məxsus olan "clog"un qiyməti 1130 dollar (1921 manat), eyni markadan olan eynəyi isə 990 dollardır (1683 manat).

İfaçı həmçinin çantasının da sözügedən brenddə məxsus olduğunu vurğulayıb. Lətifə taxdığı "Bvlgari" markasına aid üzüyü ilə də diqqət çəkib.