-
- 3-09-2018, 11:00
- 2 020
Tünzalənin sırğası 20, Günayın boyunbağısı 6 minə - Fotolar
Əməkdar artist Tünzalə Ağayeva və müğənni Günay İbrahimli yenə də bahalı aksessuarları ilə gündəmə gəliblər. Hər zaman brend zinət əşyalarından istifadə edən məşhurların budəfəki aksessuarları də müzakirəsiz ötüşməyib.
Belə ki, əməkdar artist bir neçə gün bundan əvvəl “Van Cleef & Arpels” markasına məxsus sırğadan istifadə edib.
Ağayevanın istifadə etdiyi aksessuarın ağ rənginin satışı 11 500 dollar, təxminən 19 550 manatdan başlayır.
Bu məqamda qeyd etmək lazımdır ki, müğənninin istifadə etdiyi sırğanın qara rəngi daha bahalı hesab olunur.
Həmçinin müğənni Günay İbrahimli də iki boyunbağısı ilə diqqət çəkib. Sənətçinin dünən instaqramda paylaşdığı şəklində iki brendə məxsus aksessuardan istifadə etdiyi məlum olub.
Belə ki, Günayın “Van Cleef & Arpels” brendinə məxsus mavi gül olan boyunbağısının qiyməti 3500 dollar, yəni 5950 manatdır.
Onun balıqqulağından olan aksessuarı isə “Tohum By Verda Alaton” imzalıdır, 484 manat təşkil edir.
//Qafqazinfo