Günelin 7491 manatlıq geyimi - Foto
    • 17-08-2018, 13:17
    • 1 398

Günelin 7491 manatlıq geyimi - Foto

Müğənni Günel Zeynalova yeni fotolarını İnstaqram səhifəsində paylaşıb.

Sənətçinin geyimi diqqət çəkib. Belə ki, Günel bahalı brendlərin kolleksiyasından istifadə edib.

Sənətçinin libası "Gucci” brendindəndir. Libasın qiyməti 3980 dollar, yəni 6766 manatdır. Hazırda bu kolleksiya satışda bitib. O, ayaqqabısı ilə paltarına 7491 manat xərcləyib.

Zeynalovanın geyindiyi idman stilli ayaqqabısı isə Alexander McQueen-dəndir. Onun qiyməti isə 375 avro – 725 manatdır.

Müğənni kəmər və çantasının da "Gucci” olduğunu bildirib, amma onları tam göstərməyib. Sözügedən brendin kəmərlərinin qiyməti 180 dollardan 1700 dollara kimidir. Burada olan çantalar da müxtəlif qiymətə satılır. Ən ucuz çanta isə 1600 dollaradır.
 
//Axşam.az