Elnur Məmmədov aparıcının üstünə mikrofon ÇIRPIB - VİDEO
    • 25-04-2023, 16:17
    • 322

Elnur Məmmədov aparıcının üstünə mikrofon ÇIRPIB - VİDEO

Müğənni Elnur Məmmədov aparıcı ilə yaşadığı qalmaqalını üzə çıxarıb. 

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Özəl” verilişində danışıb. 

Elnur bildirib ki, verilişlərin birində qonaq olarkən aparıcının sualından qəzəblənərək, mikrofonu onun üzərinə çırpıb: 

“Bütün jurnalistlər və aparıcılar bilir ki, sevmədiyim iki sual var.  Biri ailəm, bir də sənət yoldaşlarım haqqında verilən sualları sevmirəm və bu haqda da danışmağı xoşlamıram. Günlərin bir günü verilişə yeni gətirilmiş bir aparıcının qonağı oldum.

Baxırsan ki, bu aparıcılıq istəmir, yalnız gündəm istəyir. Elə mənə sual verdi ki, ona baxıb dedim ki, sən yenisən bu camiyədə. Mənə çox yekə-yekə, özündən razı kimi “yox” cavabını verdi. Mikrofonu əlimə alıb, onun üzərinə çırpdım. Dedim ki, çəkin bu aparıcını buradan. Bəlkə də həmin an əlimdən qəza çıxa bilərdi”.