“Ciblərində pul var, aparıcılıq edirlər” – Zümrüd – FOTOLAR - VİDEO
    • 24-09-2018, 11:49
    • 1 462

“Ciblərində pul var, aparıcılıq edirlər” – Zümrüd – FOTOLAR - VİDEO

Aktrisa və aparıcı Zümrüd Qasımova verilişlərdə olan qüsurlardan danışıb.

News24.az xəbər verir ki, Z.Qasımova hazırda telekanallarda çalışanların bir çoxunun əsl peşəsinin aparıcılıq olmadığını bildirib:

“Son zamanlar efirlərin, verilişlərin və aparıcıların çox tənqid olunur. Deyərdim ki, bizim yetəri qədər yaxşı aparıcılarımız var. Amma elə aparıcılar var ki, onlara baxmaq istəməzdim. Onların peşəsi aparıcılıq deyil. Sadəcə olaraq ciblərində pul var, gündəmə gəlmək istəyirlər və aparıcılıq edirlər.

Sənət adamının aparıcılıq etməsinə isə pis baxmıram. Bu aktrisa və müğənni ola bilər. İncəsənət bu sahəni də əhatə edir. Qeyri-peşəkarların aparıcı olmasına isə müsbət yanaşmıram.

Bəziləri deyir ki, mən Azərbaycan kanallarını izləmirəm. Mən mütləqdir ki, yerli telekanallara baxıram. Hiss edirəm ki, bu mənə lazımdır. Orada olan yaxşı və pis məqamları görürəm.

Çox yaxşı proqrmlarımız var, amma eyni zamanda həm aparıcılarda, həm də verilişlərdə qüsurlar var.

Kəsib atmaq da düzgün deyil. Sadəcə olaraq istəməzdim ki, hər şey reytinqin üzərində qurulsun. Şəxsən mənə gələn həmin təkliflərdən imtina etmişəm. Mənim üçün əsas olan təqdim etdiyim verilişin və dəvət etdiyim qonaqların keyfiyyətli olmasıdır. Bu vaxta qədər apardığım bütün verilişlərin necə olduğunu tamaşaçı çox gözəl bilir. Həmin proqrama müxtəlif qonaqlar gələ bilər. Vacib olan onu necə təqdim etməkdir”.

Teymur Məmmədov
Video: Nurlan Gülməmmədov