Balakəndə 89 yaşlı kişi intihar edib
    • 25-04-2023, 20:50
    • 257

Balakəndə 89 yaşlı kişi intihar edib

Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

Hadisə axşam saatlarında rayonun Qaysa kəndində baş verib.

Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/