Qazaxda 24 yaşlı qadın kəsici alətlə xəsarət aldı
    • 18-05-2021, 16:00
    • 491

Qazaxda 24 yaşlı qadın kəsici alətlə xəsarət aldı

Qazaxda gənc qadın kəsici alətlə xəsarət alıb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Birinci Şıxlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Kələyeva kəsici alətlə xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.