Qaxda 85 yaşlı kişi intihar etdi
    • 9-03-2022, 11:01
    • 836

Qaxda 85 yaşlı kişi intihar etdi

Qaxda 85 yaşlı kişi intihar edib.

Hadisə ötən gün axşam saatlarında rayonun Alatəmir kəndində baş verib.

Kənd sakini, 1937-ci il təvəllüdlü Patiaşvili Yason İsakoyeviçin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə tapılıb. Onun meyitini ailə üzvləri aşkar ediblər.

Yason Patiaşvilinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo/