Rusiyada qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumlar təyin edilə bilər
    • 26-04-2023, 11:58
    • 249

Rusiyada qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumlar təyin edilə bilər

Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə verib.

News24.az xəbər verir ki, Putinin xaricdə dondurulmuş Rusiya aktivlərinə qarşı cavab addımlarını ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.