Kadir Doğuludan xəyanət iddialarına cavab...
    • 26-04-2023, 22:08
    • 448

Kadir Doğuludan xəyanət iddialarına cavab...

Əyləncə mərkəzində bir xanımla səmimi görüntülənən türkiyəli aktyor Kadir Doğulu haqqındakı iddialara cavab verib.

Kadir Doğulu həyat yoldaşı Neslihan Atagülə xəyanət etmədiyin deyib: "Görüntüsü yayılan insanın mənimlə yaxınlaşmaq istəyən, amma yaxınlaşa bilməyincə bu şəkildə davranan biri olduğunu düşünürəm. O gün həmin qadın xaricində 80 nəfərlə danışdım. Mənimlə danışmaq istəyən hər kəslə söhbət edirəm, bir problemi varsa, dinləyirəm. Bunun üçün yer və zamanın da bir önəmi yoxdur. Dini nikah iddiasına gəlincə, mənim Neslihandan başqa dini nikahlı həyat yoldaşım yoxdur".

Neslihan Atagül isə həyat yoldaşının vieosuna "səs-küylü məkanda normal bir söhbətdir",- deyə reaksiya verib. /Teleqraf.com/