Bu şagirdlər 1-ci sinfə QƏBUL EDİLMƏYƏCƏK
    • 27-04-2023, 11:13
    • 859

Bu şagirdlər 1-ci sinfə QƏBUL EDİLMƏYƏCƏK

"Hazırda 5 yaşlı şagirdlərin 1-ci sinfə qəbulu mümkün deyil". 

News24.az xəbər verir ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, 5 yaşlı uşaqlar yalnız məktəbə hazırlıq qruplarına qəbul edilə bilər: "Bunu nə sistem, nə də mövcud qanunvericilik qəbul edir. Burada güzəşt tətbiq olunmur. İstənilən halda o, məktəbəqədər hazırlığa getməlidir. Bu qərarla bağlı istisna yoxdur".

Qumral Əliyeva