Şagirdlərin yenidən qiymətləndirilməsi bu tarixdə olacaq
    • 2-06-2020, 17:52
    • 879

Şagirdlərin yenidən qiymətləndirilməsi bu tarixdə olacaq

"11-ci sinfi biritənlərin “3” qiymətini düzəltmək şansı yoxdur".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, illik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq: “Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar".

O əlavə edib ki, digər tərəfdən şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır: "Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub".