Əliyar Ağayev yenə Yunanıstan Super Liqasının oyununa təyinat alıb
    • 27-04-2023, 19:57
    • 215

Əliyar Ağayev yenə Yunanıstan Super Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

News24.az-ın məlumatına görə, 36 yaşlı baş hakim PAOK və "Aris" komandaları arasında keçiriləcək XXXIII tur matçını idarə edəcək.

Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Kamal Umudlu isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.