Azərbaycanın FIFA referiləri Avropa Liqasının oyunlarına təyinat alıblar
    • 12-07-2018, 12:48
    • 3 697

Azərbaycanın FIFA referiləri Avropa Liqasının oyunlarına təyinat alıblar

Azərbaycanın FIFA referiləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar.

“NEWS24” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ömər Paşayev Monteneqroya, Rəhim Həsənov isə Moldovaya yollanacaq. Hər iki oyun iyulun 19-da keçiriləcək.

Avropa Liqası

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov