Bu məşhur məşuqəsinə görə arvadını boşayıb - FOTO
    • 13-02-2019, 16:40
    • 1 015

Bu məşhur məşuqəsinə görə arvadını boşayıb - FOTO

"Major" rus serialının qəhrəmanı aktyor Aleksandr Oblasov etiraf edib.

News24.Az xəbər verir ki, aktyor məşuqəsi olan həmkarına görə arvadından boşandığını açıqlayıb. O, bildirib ki, ilk başlarda heç vaxt boşanmayacağını, həyat yoldaşına daim sadiq qalacağını düşünürmüş. Ancaq hazırda eyni serialda rol aldığı aktrisa Yelena Qruk-Çernova ilə bundan əvvəlki başqa bir serialın kastinqində tanış olduqdan sonra, fikirləri alt-üst olub. Oblasov arvadına olan sevgisini unudaraq, ilk baxışdan Yelenaya aşiq olub.

Boşanmasına baxmayaraq, eks arvadı ilə dost münasibətində qaldığını deyən aktyor onu və oğlunu maddi və mənəvi nəzarətdə saxladığını deyib. O, Yelena ilə evlənmək fikrində olduğunu da gizlətməyib. Aleksandr 3 ildir bərabər olduğu Yelena ilə ailə səadətlərinin uzunömürlü olacağına ümid etdiyini də dilə gətirib.

Qeyd edək ki, Y. Qruk-Çernova da əvvəl ailəli olub və övladı var.

News24.Az