"Formula 1": Fransalı pilotun avtomobili yandı
    • 28-04-2023, 13:48
    • 1 515

"Formula 1": Fransalı pilotun avtomobili yandı

"Alpin" komandasının pilotu Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

News24.az xəbər verir ki,  27 yaşlı fransalı sürücünün bolidi sərbəst yürüş zamanı yanıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Daha sonra yanğınsöndürənlər onun avtomobilini söndürüblər.