-
- 28-04-2023, 15:00
- 207
Uşaqlar yuxarı yaşda vurulan bəzi vaksinləri ağır keçirirlər
Uşaqlar yuxarı yaşda vurulan bəzi vaksinləri ağır keçirirlər.
News24.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
“Buna görə hər bir vaksini vaxtında vurdurmağın tərəfdarıyam".
Həkim qeyd edib ki, bəzi ölkələrdə belə bir tendensiya var, tələbələri vaksin olmadan təhsil müəssisəsinə qəbul etmirlər.
"Buna görə valideynlər məcbur qalırlar, uşaqlarını böyük yaşda peyvənd etdirirlər. Mən bunun tərəfdarı deyiləm. Vaksin qayda ilə neçə yaşda vurulmalıdırsa, buna əməl etmək lazımdır. Yoluxucu xəstəliklərdən qorunmada vaksinlər əlimizdə olan ən önəmli vasitələrdən biridir. Bir çox təhlükəli xəstəliklərdən qorunmağın yolu vaksin qəbul edilməsidir. Xəstəliyin mənbəyi insan olanda ona qarşı vaksin mövcuddursa, onu tamamilə ləğv etmək mümkündür. Lakin heyvanlardan yayılan xəstəliklərin ləğvində yalnız səhiyyə yox, başqa qurumların da dəstəyi önəmlidir”, - o qeyd edib.