TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq ETDİ
    • 28-04-2023, 14:38
    • 290

TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq ETDİ

Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.

News24.az
  xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil:

“Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVİD-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.

Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.

Yaqut Qarayeva qeyd edib ki, bir qrupda hansısa uşaqda qızılca aşkarlanarsa, onun yayılması mümkündür:

"Bu xəstəliyi hər kəs fərqli keçirir və buna görə mütləq həkimə müraciət etmək lazımdır. Valideynlər sahə həkimlərinə uşaqlarının vəziyyəti barədə xəbər vermədikləri təqdirdə, bununla bağlı ümumi mənzərəni müəyyənləşdirmək və tədbir görülməsi çətinləşir. Buna görə valideynlər uşaqlarında bu xəstəliyin əlamətlərini hiss edərlərsə, sahə həkiminə müraciət etməlidirlər”