Fatih Terim Bakının qonağı olacaq
    • 29-04-2023, 10:15
    • 206

Fatih Terim Bakının qonağı olacaq

Türkiyə yığmasının və “Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim Bakıya gələcək.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “İmperator” iyunun 17-də paytaxtımızda olacaq.

F.Terim Bakı Konqres Mərkəzində çıxış edəcək. O, keçdiyi həyat yolundan, futbolda qazandıqları uğurlardan danışacaq.

“İmperator”la görüş saat 19:30-da başlayacaq.