"Qalatasaray" Fatih Terimlə YOLLARINI AYIRDI
    • 10-01-2022, 17:39
    • 362

"Qalatasaray" Fatih Terimlə YOLLARINI AYIRDI

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

News24.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisi istefaya göndərib.

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Onunla görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.