Fatih Terim “ƏFSANƏ” OLDU
    • 22-12-2022, 11:35
    • 204

Fatih Terim “ƏFSANƏ” OLDU

Türkiyəli məşhur baş məşqçi Fatih Terim “qızıl ayaq” mükafatını qazanıb.

News24.az xəbər verir ki, tədbir Monako Knyazlığı tərəfindən təşkil olunub.

“Qalatasaray”ın və Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim “qızıl ayaq” mükafatını alan ilk türk məşqçi olub.

Qeyd edək ki, bu mükafatı alanlar sırasında Pele, Dieqo Armando Maradona, Eysebiyo, Corc Best, Ferenc Puşkaş, Gerd Müller, Alfredo Di Stefano, Karl-Haynts Rummenigge, Frenz Bekenbauer, Erik Kantona və Zinəddin Zidan kimi adlar var. /Anadolu Ajans/