Naxçıvanda toyda dava zamanı 1 nəfər xəsarət ALDI
    • 29-04-2023, 10:27
    • 323

Naxçıvanda toyda dava zamanı 1 nəfər xəsarət ALDI

Naxçıvan şəhər ərazisindəki şadlıq saraylarından birində keçirilən toyda baş verən mübahisə dava ilə yekunlaşıb.

News24.az xəbər verir ki, dava nəticəsində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kənd sakini, 1996-cı il təvəllüdlü Fərəcov Vüsal Bayram oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla əlaqədar araşdırmalar aparılır.