Şadlıq evində kütləvi dava - 2 NƏFƏR BIÇAQLANDI
    • 13-08-2019, 09:31
    • 2 137

Şadlıq evində kütləvi dava - 2 NƏFƏR BIÇAQLANDI

Cəlilabad rayonunda toyda kütləvi dava olub.

hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. /report/