Ərəb ölkələri Suriyadan bütün xarici qüvvələri çıxarmağa çağırıb
    • 1-05-2023, 19:24
    • 257

Ərəb ölkələri Suriyadan bütün xarici qüvvələri çıxarmağa çağırıb

Ərəb ölkələri Suriyadan bütün xarici qüvvələri çıxarmağa çağırıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin Əmmanda keçirilən görüşünün yekun bəyanatında deyilir.

"Siyasi həll yolu Suriyanın suverenliyini qorumalı, xalqının istəklərini təmin etməli və onu terrordan xilas etməlidir", - "Əl Hadath" telekanalı bəyanatdan sitat gətirib.

"Siyasi həll Suriyada qeyri-qanuni mövcud olan bütün xarici qüvvələrin çıxarılmasına gətirib çıxarmalıdır", - görüş iştirakçıları vurğulayıblar.