Sabah manatla bağlı QƏRAR veriləcək
    • 2-05-2023, 15:37
    • 575

Sabah manatla bağlı QƏRAR veriləcək

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

News24.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, bu münasibətlə qurumun inzibati binasında mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, martın 30-dan Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75 %-ə çatdırılıb.