Yaponiya Cənubi Koreyaya etiraz notası verib
    • 2-05-2023, 19:21
    • 195

Yaponiya Cənubi Koreyaya etiraz notası verib

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Cənubi Koreyaya etiraz notası verib.

News24.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb cənubi koreyalı bir qrup deputatın iki ölkə arasında mübahisəli ərazi olan Takesima (Tokto) adasına səfəri olub.

Qeyd edilib ki, Yaponiya cənubi koreyalı deputatların bu adalara səfərini qəbuledilməz adlandırıb.