BMT taxıl sazişi üzrə görüşü təsdiqləməyib
    • 2-05-2023, 21:11
    • 325

BMT taxıl sazişi üzrə görüşü təsdiqləməyib

BMT Baş katibinin ofisi Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin mayın 3-də beynəlxalq təşkilatın bayrağı altında taxıl sazişi müddətinin uzadılması ilə bağlı görüş barədə məlumatı təsdiqləməyib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı baş katibin mətbuat katibinin müavini Fərhan Hak bildirib.

“Sabah üçün planlaşdırılan heç bir görüşdən xəbərim yoxdur”, - o deyib.