İranda neft və qaz hasilatında kəskin artım
    • 3-05-2023, 01:30
    • 260

İranda neft və qaz hasilatında kəskin artım

İranda neft hasilatının həcmi artıb və artıq sutkada 3 milyon barreli ötüb.

News24.az xəbər verir ki, bu barədə "Şana" portalı İranın Neft Nazirliyinin rəhbəri Cavad Ovciyə istinadən məlumat yayıb.

"Ölkədə neft hasilatı sutkada 3 milyon barreli, qaz hasilatı isə 1 milyard kubmetri keçib", - C.Ovci vurğulayıb.

Qeyd edək ki, cari ilin fevral ayında İran mediası Tehranın 2031-ci ilə qədər qaz hasilatını 50% artıraraq sutkada 1 milyard kubmetrdən 1,5 milyarda çatdırmağı planlaşdırdığını bildirib.