Üçüncü autizm festivalı başladı - FOTOLAR
    • 3-05-2023, 11:05
    • 381

Üçüncü autizm festivalı başladı - FOTOLAR

Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Pasha Holding, Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 3-ü Fəvvarələr meydanında III Autizm Festivalı keçirilib.

News24.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 30-a yaxın autizm və reabilitasiya mərkəzləri burada fəaliyyətlərini əks etdirən guşələrlə iştirak ediblər. Ziyarətçilər festivalda autizmli uşaqların əl işləri, çəkdiyi rəsmlərlə və digər bacarıqları ilə tanış olub, reabilitasiya zamanı tətbiq edilən üsullar və vasitələr barədə məlumatlanıblanıblar. 

Autizm Festivalı autizm ayı çərçivəsində təşkil olunur. Artıq 3-cü dəfədir ki, Azərbaycan Autizm Assosiasiyası belə bir tədbirlə cəmiyyətin diqqətini autizmli uşaqlara yönəltməyə çalışır. Məqsədimiz autizmli uşaqları cəmiyyətə qazandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını ötürməkdir. 

Autizmin yanındayıq, onların yanındayıq!

Qumral ƏLİYEVA

Teymur MƏMMƏDOV