-
- 24-05-2019, 19:36
- 2 312
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək - FOTOLAR
“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin, "Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 31-də autizm sindromlu uşaqların ölkəmizdə ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək.
News24.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək festivalda autizimli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirəcəklər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olacaq festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstərəcəklər.
Autizmli uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazirlanan kolleksiyani təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirəcək.
Festivalda qardaş ölkə Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edəcək.
Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyır. Tədbir ərzində qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların festivalda özlərini bizlərdən biri hiss etmələri üçün onlarla həmyaşıd olan normal inkişaf edən uşaqların da bəzi nömrələrdə birlikdə çıxış etmələrinə şərait yaradılacaq. Bununla cəmiyyətdə inkluiziv düşüncə tərzinin artmasına da təkan verilmiş olacaq.
Tədbir autizmli uşaqlara həsr olunan, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya, sözləri Murad Arifə məxsus "Fərqliyəm" mahnısının sədaları altında Dövlət Pantamima Teatrının aktyorlarının iştirakı ilə təqdim olunacaq “Autizm-fərqli və bizdən biri” flaşmobu ilə başa catacaq.