-
- 2-04-2022, 14:30
- 1 804
Azərbaycanda 933 autizmli uşaq təhsilə cəlb edilib
Azərbaycanda təhsilə cəlb edilən autizmli uşaqların sayı açıqlanıb.
Bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov III Beynəlxalq Autizm "ABA" Azərbaycan konfransında deyib.
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində statistikaya əsasən, 933 autizm spektr pozuntusu olan uşaq xüsusi təhsil alır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev isə qeyd edib ki, yaxın aylarda Şəmkirdə uşaq reabilitasiya mərkəzi fəaliyyətə başlayacaq.
O vurğulayıb ki, gələcəkdə uşaq reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək. /APA/