Çinin kosmik gəmisi dəlil tapdı: Marsa qar yağıb...
    • 3-05-2023, 12:24
    • 317

Çinin kosmik gəmisi dəlil tapdı: Marsa qar yağıb...

“Science Advances” elmi jurnalında dərc edilən araşdırma, təxminən 400.000 il əvvələ qədər Marsda qar və ya şaxtanın olduğunu ortaya qoydu.

News24.az xəbər verir ki, tapıntılara görə, 1,4 milyon ilə 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye su peyda olub.

Keçən il Zhurongdan əldə edilən tapıntılar, maye suyun planetdə hələ 700 milyon il əvvəl mövcud ola biləcəyi ilə bağlı fərziyyələrə ortaya qoyub.

Yeni sübutlar bu tarixi daha da irəli apardı, çünki tapıntılar o deməkdir ki, ilk insanlar Avropada dolaşmağa başlayanda Marsda maye su olub.

Çin Elmlər Akademiyasının professoru Xiaoguang Qin və həmkarları Marsda müəyyən mineral yataqları təhlil etdilər. Tədqiqat zamanı orada sulfatlar, silisium oksidi, dəmir oksidi və xloridlər kimi maddələr aşkar edilib.

Aynurə