Rusiyada neft anbarında yanğın baş verdi
    • 3-05-2023, 13:56
    • 192

Rusiyada neft anbarında yanğın baş verdi

Rusiyanın Krasnodar vilayətində neft anbarında yanğın baş verib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, yanğınla bağlı məlumatı Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev verib.

Yanğında ölən və xəsarət alan olmayıb. 

Qeyd edək ki, neft anbarı Rusiyanı Krımla birləşdirən Kerç boğazı üzərindəki körpünün yaxınlığında yerləşir.

Qumral Əliyeva