-
- 3-05-2023, 16:37
- 1 046
Dollarla bağlı mühüm proqnoz: imtina meyli artıb, manata təsiri isə... - ŞƏRH
Dolların ehtiyat (rezerv) valyuta kimi tərk edilməsi tədricən baş verir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib.
Georgiyeva bildirib: “Bəli, dollardan tədricən imtina var. Əvvəllər o, ehtiyatların təxminən 70%-ni təşkil edirdisə, indi bu rəqəm 60%-dən bir qədər aşağıdır”. BVF rəhbəri vurğulayıb ki, dollar üçün əsas rəqib avrodur.
Həmçinin BVF, ABŞ iqtisadiyyatının gücünə və kapital bazarlarının dərinliyinə görə narahatlığına səbəb görmür. Bunlara görə, yaxın gələcəkdə dollara alternativ peyda olacağını gözləmir.
Beynəlxalq ekspertlər də son aylar dollarla bağlı mənfi proqnozlar səsləndirirlər. Onlar hesab edirlər ki, qlobal böhran səbəbindən ABŞ valyutasının ucuzlaşması müşahidə olunacaq. Rusiyalı məşhur iqtisadçı Mixail Xazin bəyan edib ki, proses böhrana doğru gedir. Onun sözlərinə görə, dollar indiki cəlbediciliyində əsas payını və dünyanın aparıcı valyutası kimi hazırkı statusunu itirə bilər. Ekspert bildirir ki, dollar adi regional valyutaya çevrilə bilər.
Dollarla bağlı söylənilən mənfi proqnozlat nə dərəcədə özünü doğruldacaq? ABŞ valyutası ətrafında baş verən bu hallar Azərbaycanda dolların məzənnəsinə necə təsir göstərəcək?
İqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, hazırda dollardan valyuta kimi imtina meylləri mövcuddur. Amma bu, o qədər də böyük həddə deyil: “Dolların ehtiyatların 60 faizini təşkil etməsi avronun və yuanın payının artması ilə bağlıdır. Amma yenə də Qərb valyutasında dollar və avronun payı 90 faizə yaxındır. ABŞ-ın dolları iqtisadi silah kimi istifadə etmə meylləri dollara olan etibarı azaldıb. Çünki dolların əsas önəmi onun etibarlılığı idi. Yəni onun arxasında ABŞ hökuməti durur və etibarlı valyuta hesab olunurdu. İndi isə yığımını dollarda qoyanların dondurulma və ya başqa problemlərlə üzləşməsi onun etibarın itirib. Buna görə də dövlətlər ya yığımı dollarla etmir, ya da diversifikasiya (Kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması – Red.) edirlər. Hər bir dövlət əmanətlərini banklarda saxlayır. Dollara yatırılmış investisiyalar da ABŞ-ın nəzarəti altındadır. Çünki dolları ABŞ istifadə edir”.
Ekspert qeyd edib ki, son dövrlər Çin və Hindistanın daha da güclənməsi, iqtisadiyyatlarını kəskin böyütməsi də dollara təsir edib:“Çin hazırda dünyada ikinci, Hindistan isə beşinci ən böyük iqtisadiyyata sahibdir. Hətta Çinin qarşıdakı 7-8 il ərzində həcmə görə ABŞ iqtisadiyyatını keçəcəyi gözlənilir. Bu məsələlər digər valyutalara marağı artırır. Pekinlə ticarət edirsinizsə, ehtiyatları yuanda saxlamaq məcburiyyətində qalırsınız və buna görə də Çinin milli valyutasının payı artır”.
X.Kərimlinin sözlərinə görə, dollar getdikcə nüfuzunu azaltsa da, onu tam olaraq əvəz edəcək valyutanın olmamasına dair qənaətlər mövcuddur: “Düşünürəm ki, payının azalmasına baxmayaraq, dollar yaxın on ildə əsas valyuta olaraq qalacaq. Dollar ABŞ iqtisadiyyatı çökəcəyi təqdirdə çökər bilər. ABŞ-ın iqtisadiyyatı isə hələlik güclüdür, buna görə dollar da güclü olaraq qalacaq”.
İqtisadçı mənfi proqnozların Azərbaycanda dolların məzənnəsinə təsir etməyəcəyini vurğulayıb.
“Hesab edirəm ki, dollar Azərbaycanda heç vaxt ucuzlaşmayacaq. Biz manatı 1.70 AZN-dən güclü görməyəcəyik. Hazırda manatın ən güclü vaxtlarını müşahidə edirik, yəni son 7-8 ilin ən güclü dövrüdür. Azərbaycanın iki seçimi var: ya manatı dollara görə bu cür qoruyub saxlamaq, ya da ucuzlaşdırmaq. Hələlik inflyasiya, əhalinin sosial vəziyyəti, iqtisadiyyatın strukturu buna icazə vermir. Həm də stabillik önəmli faktor kimi ön planda saxlanılır. Ona görə Azərbaycanda dollar heç vaxt bundan aşağı olmayacaq. Hökümətin bununla bağlı niyyəti və siyasəti də yoxdur. Bu da əslində doğru qərardır. Biz Azərbaycanda dolların bahalaşmasını müşahidə edə bilərik, nəinki ucuzlaşmasını”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Turan