-
- 14-02-2019, 17:10
- 640
Nazir əhaliyə verilən yararsız mal-qaradan danışdı: Mallar birkalı idi axı… – FOTO
“Özünü məşğulluq proqramı”nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı gəzən söz-söhbətlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında aydınlıq gətirib.
Nazir bu iddialarla sosial şəbəkə və saytlarda məlumat yayanların, bu proqrama uyğun olmadığı üçün aktivlərin verilmədiyi 800-ə yaxın şəxslərdən olduğunu bildirib.
Sahil Babayev bütün bu faktların araşdırıldığını qeyd edib:“Belə şəxslərin böyük əksəriyyəti mətbuatda bu cür iddialarla çıxış etməyə başladılar. Və onların hər birinə dair bütün dövlət qurumlarına müraciət edilib. O qurumlardan gələn hər bir fakt araşdırılıbdır və onıarın hər birinə məlumat da verilibdir. Və ya ikinci bir istiqamət olub. Vətəndaş malı alır, ona birkalı mal təqdim edilir. Bir aydan sonra başqa bir malı təqdim edərək deyir ki, bu xəstə heyvandır. Biz onda yenə soruşuruq “Axı sizə verilən mal birkalı mal idi, başqa mala niyə dəyişdiniz?” Belə addımlar atanlar da olub. Və ya heyvana baxa bilməyib, ölən heyvanlarla bağlı iddialar da irəli sürənlər olubdur. Amma hər bir halda bütün verilən şikayətləri noyabr, dekabr aylarında araşdırmışıq. Çünki dediyim kimi, aktiv təqdim olunandan sonra, qısa müddətdə edilən şikayətlərin hər birini araşdırdıq və həqiqətən də keyfiyyəti aşağı olan heyvanlar dəyişdirildi. Onunla bağlı inzibati tənbeh tədbirləri də verildi məşğulluq mərkəzlərinin nümayəndələrinə ki, necə nəzarət etməmisiniz. Dəyişdirilən heyvanların sayı 119 idi, bu günü də götürsək, üzərinə 40-50 heyvan da gəlsə, yenə də bu 1 faizin altındadır. Bu proses davamlı olaraq da aparılacaq”.
//MilliAz