"Karantin dövründə bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq" - Sahil Babayev
    • 7-04-2020, 18:00
    • 951

"Karantin dövründə bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq" - Sahil Babayev

"Sosial təminatlarla bağlı heç bir bankdan faiz çıxılmayacaq". 

News24.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, bununla bağlı bütün banklarla danışılıb və razılıq əldə olunub: "Heç bir pensioner, və ya digər sosial çıxarışlar zamanı faiz tutulmayacaq. Bununla bağlı bütün razılıqlar əldə olunub. Karantin dövründə heç bir bankomatda sosial ödənişlər üçün faiz tutulmayacaq".